Stokholmda silahlı hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb

İsveçin paytaxtı Stokholmda silahlı hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə “Agence France-Presse” şəhər polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Ölən 15 yaşlı yeniyetmə ölüb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Şəhərin cənubunda baş verən hadisədən bir saat sonra iki nəfər saxlanılıb.

Mənbə

Share: