Monteneqroda səsvermə başladı

Monteneqroda növbədənkənar parlament seçkiləri keçirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə artıq başlayıb və seçki məntəqələri saat 20:00-dək (Bakı vaxtı ilə 22:00) işini davam etdirəcək.

 

Ölkədə 542 468 vətəndaşın səsvermə hüququ var.

 

Qeyd edək ki, seçkilər üçün ölkə büdcəsindən 1,35 milyon avro ayrılıb.

Mənbə

Share: