Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bəzi sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçiriblər.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Keçirilən tədbirlər zamanı qaydaları pozan, avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülərin nəqliyyat vasitələri saxlanılıb və yerində aradan qaldırılması mümkün olmadığından müvəqqəti duracağa yerləşdirilib. Onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.