Türkiyədə gün ərzində 4-cü zəlzələ baş verib.
Modern.az xəbər verir ki, AFAD məlumat yayıb.
Zəlzələ Adananın Saimbeyli bölgəsində qeydə alınıb.
Yerli vaxtla saat 17.57-də baş verən 4,2 bal gücündə olan zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, gün ərzində Türkiyədə baş verən və gücü 4 baldan çox olan 4-cü zəlzələdir.