İyunun 11-də Ukrayna Rusiya ilə əsir mübadiləsi çərçivəsində 93 əsgər və 2 zabiti vətənə qaytarıb.
Bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib.
“Əsirlərin dəyişdirilməsi. 95 insanımızı vətənə qaytarırıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, eləcə də Sərhəd xidmətinin əsgərləri daxildir. Onların arasında 93 əsgər və çavuş və iki zabit var”, – Yermak yazıb.