Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi 

Rusiya və Ukrayna ordusu arasında növbəti əsir mübadiləsi baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə həm Rusiya, həm də Ukrayna tərəfi məlumat yayıb.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gün baş tutan əsir mübadiləsi zamanı 94 hərbçi geri qaytarılıb.

 

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak isə bildirib ki, mübadilə nəticəsində 95 ukraynalı əsgər azad edilib.

 

“Məhkumların mübadiləsi. 95 nəfər insanımızı evə qaytarırıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın əsgərləri, həmçinin sərhəd mühafizəçiləri daxildir. Onların arasında 93 sıravi və çavuş və iki zabit var”, – Yermak “Telegram”da yazıb.

 

O bildirib ki, Ukraynaya qayıdan hərbçilər arasında Mariupolda, Çernobıl AES zonasında, İlan adasında, Baxmut yaxınlığındakı döyüşlərdə iştirak edənlər, həmçinin “Azovstalın müdafiəçiləri” var.

Mənbə

Share: