Rəisi Latın Amerikasına getdi

İran Prezidenti İbrahim Rəisinin Latın Amerikası ölkələrinə səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlətə məxsus “İrna” agentliyi məlumat yayıb.

 

Rəisinin ilk dayanacağı Venesuela olacaq. O, daha sonra Nikaraqua və Kubaya da səfər etməyi planlaşdırır.

 

İran Prezidentini səfərdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, neft naziri Cavad Ouci, İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Məhəmmədrza Gərayi Aştiani və digər rəsmi şəxslər müşayiət edir.

Mənbə

Share: