Rusiyalı turist İstanbulda davaya düşdü

İstanbulun mərkəzində rusiyalı turist 4 nəfərlə dava edib.

 

Modern.az xəbər verir ki, “Habertürk” telekanalının məlumatına görə, dava zamanı onun ürəyinə bıçaq zərbələri endirilib, nəticədə turist ölüb.

 

Hadisə dünən, iyunun 11-də baş verib. Ölən şəxs 40 yaşlı Vyaçeslav Vasilyeviç Neçipporçukdur. İstanbul Polis İdarəsi davanın səbəbinin “rus turisti ələ salmaq üstündə yaranan mübahisə” olduğunu bildirib. İki şübhəli həbs edilib, “qəsdən adam öldürmə” maddəsi ilə araşdırma aparılır.

 

Rusiyalı xəstəxanaya aparılsa da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə şahidlərindən biri bildirib ki, onlar həmin şəxsə yerindəcə ilkin tibbi yardım göstərməyə çalışıblar.

 

Rusiya Federasiyasının Baş Konsulluğu Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.

 

“Məlumat Rusiya Xarici İşlər Nazirliyinin müvafiq idarəsinə verilib. Hazırda araşdırma aparılır”, – konsulluqdan RİA Novosti-yə bildiriblər.

Mənbə

Share: