Bakının Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılacaq

Yasamal rayonu Zərgərpalan küçəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyindən Milletinsesi.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Share: