“Qarabağ” Macarıstan və Polşa klubları ilə qarşılaşacaq

“Qarabağ” Macarıstan və Polşa klubları ilə qarşılaşacaq

Ağdamın “Qarabağ” futbol klubu yay təlim-məşq toplanışını Avstriyada keçirəcək.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi yeni mövsümün hazırlığına iyunun 22-də başlayacaq.

 

Azərbaycan çempionu Avstriyada üç yoxlama görüşündə gücünü sınayacaq. Baş məqşçi Qurban Qurbanovun yetirmələri iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcəklər.

 

Üçüncü yoxlama görüşü üçün rəqib axtarışı davam edir.

Mənbə

Share: