“Bunun bədəli çox yüksək olacaq”

“Bunun bədəli çox yüksək olacaq”

“Ukraynanın mənəvi ruhu güclüdür, ona görə də onların ordusunun dəyanəti çox yüksəkdir…”

 

“Ukraynalılar döyüş meydanında uğur qazanır və işğal olunmuş torpaqları azad etməyə qadirdir…”

 

ABŞ Qərargah rəisləri Birləşmiş Komitəsinin sədri Mark Milli Ukrayna Silahlı Qüvvələrinin (USQ) başlanan əks-hücumuna qiymət verib.

 

Moderator.az xəbər verir ki, bu barədə “dw.com” nəşri yazıb.

 

NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə keçirilən “Ramştayn-13”  görüşündə general Mark Milli qeyd edib ki, Ukrayna qoşunları tədricən uğur əldə edir, lakin hücumun bədəli, ehtimal ki, çox yüksək, döyüş isə fövqalədə dərəcədə çətin olacaqdır. 

 

Milli vurğulayıb ki, Ukrayna ordusunun silahlarından başqa, Rusiya ordusundan fərqli olaraq, motivasiyası var. 

 

“Ukraynanın mənəvi ruhu güclüdür, ona görə də onların ordusunun dəyanəti çox yüksəkdir. Bir çox rusiyalılar isə indiyədək Ukraynada nəyə görə döyüşdüyünü anlamır. Onların bəziləri hətta nədən orada olmasını bilmir. İndi bütün bunların nə ilə bitəcəyini demək çətindir, yaşayarıq, görərik”, – o, deyib. 

 

Ukrayna müdafiə naziri Aleksey Reznikovun da iştirak etdiyi sammitdə Ukrayna ordusunun təxirəsalınmaz tələbatları, habelə USQ-nin NATO standartlarına yaxınlaşmasını özündə ehtiva edən uzunmüddətli dəstək müzakirə edilir. 

 

Görüşdən öncə NATO-nun baş katibi Yens Stoltenberg həmçinin qeyd edib ki, ukraynalılar döyüş meydanında uğur qazanır və işğal olunmuş torpaqları azad etməyə qadirdir. Bununla birlikdə, o, Putinin sülhə hazır olmasının heç bir əlamətlərini görmür.

 

Bu zaman Stoltenberg vurğulaylb ki, Ukraynanın müxtəlif növ dəstəyə ehtiyacı var. Lakin hər şeydən öncə, ona verilən bütün sistemlərin artıq işlədiyinə, Ukrayna tərəfinin isə əkshücumunu davam etməsi üçün ehtiyyat hissələri və döyüş sursatlarına malik olmasına əmin olmaq gərəkdir.

Mənbə

Share: