
“Türklər və monqollar İranın çoxəsrlik düşmənləridir”.
Modern.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələm Əl-Hadi səfərdə olduğu Venesuelada yerli telekanallardan birinə müsahibəsində deyib.
“Tarix boyu bu ölkələr İrana hücum edib”, – deyə İranın birinci xanımı bildirib.
İran prezidentinin xanımının sözləri sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olub.