Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində vətəndaş qəbulu keçirilib

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində vətəndaş qəbulu keçirilib

16 İyun 2023-cü il Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ilk dəfə olaraq vətəndaş qəbulu keçirilib. Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva vətəndaşlarla görüşərək,onların müraciətlərini dinləyib.

 

Vətəndaş qəbulunda Qızıldaş, Lökbatan və Qobu qəsəbələrindən olan sakinlər iştirak ediblər. Vətəndaşlar mərkəzin rəhbərliyi tərəfindən ayrı-ayrılıqda dinlənildikdən sonra onların müraciətlərinə Azərbaycan Respublikasının qanunları və Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsinə uyğun olaraq baxılacağı bildirilib.

 

Qeyd edək ki, vətəndaş müraciətləri əsasən işlə təmin olunma və mədəni məşğulluqla bağlı olub.

 

1086462108646310864601086459

Mənbə

Share: