Ağdamda kütləvi məzarlıq aşkarlandı – FOTOLAR

Ağdamda kütləvi məzarlıq aşkarlandı – FOTOLAR

Ağdamda kütləvi məzarlıq aşkarlanıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

 

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

 

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.

Mənbə

Share: