
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Rusiya Federasiyasının Qafanda baş konsulluğunun açılması haqqında danışıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini bu barədə parlamentdə jurnalistlərlə söhbətləşərkən söz açıb.
“Bu, yerlərdə vəziyyətlə daha yaxından tanış olmağa kömək edəcək. İrəvan beynəlxalq tərəfdaşlarımızın Sünik bölgəsində (Zəngəzur – red.) diplomatik nümayəndəlik açmaq marağını və istəyini alqışlayır”, – o qeyd edib.


