
“Növbəti illərdə məktəb əsaslı metodik xidmətin təşkili nəzərdə tutulur”.
Moderator.az-ın məlumatına görə, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
Direktor bildirib ki, məktəblərdə metodistlər sertifikasiya balı yüksək olan müəllimlər arasından seçiləcək:
“Dövlət təltiflərinin verilməsində də sertifikasiya prosesində toplanan bal əsas götürüləcək”.


