Uzunmüddətli müharibəyə hazırlaşmalıyıq – Kansler

Uzunmüddətli müharibəyə hazırlaşmalıyıq – Kansler

Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri yazır.

 

O, NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib ki, uzunmüddətli müharibəyə hazırlıq gedir.

 

“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, – o deyib və  Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Mənbə

Share: