Nazir yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Seymur Quliyev Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Unikal.orga Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən məlumat verilib.

Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

 

Share: