![](https://milletinsesi.az/wp-content/uploads/2019/09/5d81bb9c7ddf7_355d81bab2cd961.jpg)
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 5 min 809 nəfərin 169-dan virus aşkarlanıb.
Nazirlikdən verilən məlumata görə, aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614,1 litr qan tədarük olunub.
4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə Sifilis aşkar olunub.
Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.