BDU Elmi Şurasının növbəti iclası keçirilib

BDU Elmi Şurasının növbəti iclası keçirilib

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

Bu barədə Moderator.az-a BDU-dan bildirilib.

 

Şuranın sədri, rektor Elçin Babayev gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Hüquq fakültəsinin dekanı Zaur Əliyevin 2022-ci il üzrə hesabatı dinlənilib. 

 

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.  

 

Sonda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib.  

Mənbə

Share: