Avtobusun vurduğu piyada xəstəxanada öldü

Avtobusun vurduğu piyada xəstəxanada öldü

Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb.

 

Modern.az xəbər verir ki, iyunun 21-də Babayev Rafət İmanxan oğlunun idarə etdiyi “Daewoo BC090” markalı avtobusla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda “Azgranata” mağazasının qarşısında piyada 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vurub.

 

Piyada xəstəxanaya yerləşdirilsə də, ötən gün orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə

Share: