
Azərbaycanın daha bir badmintonçusu Polşada təşkil olunan III Avropa Oyunlarında qələbə qazanıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Keyşa Fatimə Zəhra D qrupunda litvalı Samanta Qolubikaite ilə üz-üzə gəlib.
Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
14:15
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı fərdi mübarizədə G qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.


