Türkiyənin idman naziri MINEPS konfransının təşkilinə görə Azərbaycana təşəkkür edib

Türkiyənin idman naziri MINEPS konfransının təşkilinə görə Azərbaycana təşəkkür edib

Türkiyənin idman naziri Osman Aşkın Bak MINEPS konfransının təşkilinə görə Azərbaycana təşəkkür edib.

Bunu Türkiyənin idman naziri Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində nazirlərin iclasında çıxışı zamanı deyib.

O, idmanın insanların koronavirus pandemiyasından sağalmağa kömək etdiyini vurğulayıb. Nazir, həmçinin ölkələri idman sahəsində problemlərin həllində innovativ yanaşmalardan istifadəyə daha çox diqqət yetirməyə çağırıb.

Türkiyəli nazir əlavə edib ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan idmanın inkişafına xüsusi diqqət yetirir.

Mənbə

Share: