Hakan Fidan Quterreşlə danışıqlar apardı 

Hakan Fidan Quterreşlə danışıqlar apardı 

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Quterreş xarici işlər naziri təyin olunması münasibətilə Hakan Fidanı təbrik edib.

 

Telefon danışığı zamanı İstanbul Taxıl Müqaviləsi və Suriyaya humanitar yardımlar müzakirə olunub.

Mənbə

Share: