Kovaçiç “Mançester Siti”yə keçdi

Kovaçiç “Mançester Siti”yə keçdi

Xorvatiyalı futbolçu Mateo Kovaçiç “Mançester Siti” ilə müqavilə imzalayıb.

​

Modern.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı xəbər verib.

 

Müqavilə dörd il müddətinə nəzərdə tutulub.

 

İyirmi doqquz yaşlı yarımmüdafiəçi əvvəlki klubu “Çelsi”də 5 mövsüm keçirib, 221 matçda iştirak edib. Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatının qalibi olub.

 

O, Xorvatiya millisinin tərkibində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında gümüş, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında isə bürünc medal qazanıb.

Mənbə

Share: