Ərdoğan Mərkəzi Asiya liderləri ilə danışıqlar apardı 

Ərdoğan Mərkəzi Asiya liderləri ilə danışıqlar apardı 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Özbəkistan prezidentləri ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, Ərdoğan qazax həmkarı Kasım-Jomart Tokayevlə ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini və dövlət başçılarının ötənilki qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edib.

 

Ərdoğan iyulun 9-da keçiriləcək prezident seçkilərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə uğurlar arzulayıb, həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının tez bir zamanda keçirilməsini arzuladığını bildirib.

Mənbə

Share: