Nəvə babasının 15 min manatlıq qızılını oğurladı

Bakıda nəvə babasının evindən oğurluq edib.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumat görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: