Formula 1 Avstriya Qran-Prisində qalib müəyyənləşdi

“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 9-cu raundunda – Avstriya Qran-Prisində sprint yarışında qalib gəlib.

 

Modern.az xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub. “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns üçüncü olub.

 

Bu mövsüm sprint əsas yarış üçün təsnifat deyil. Dünya çempionatı cədvəlindəki xalları sprintin sonunda ilk səkkiz yeri tutan idmançılar alır.

 

Qalib səkkiz xal qazanır, səkkizinci olan bir xal qazanır.Dünya çempionatının ümumi hesabında Ferstappen liderliyini möhkəmləndirib, hollandiyalı 203 xal toplayıb. Peres 133 xalla ikinci, Aston Martin komandasının üzvü Fernando Alonso isə 121 xalla üçüncüdür.

Mənbə

Share: