NATO Ukrayna üçün ən mühüm təhlükəsizlik təminatıdır.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Təhlükəsizlik alyansına alternativ olaraq bunu bizə təklif etsələr, biz heç bir təhlükəsizlik zəmanəti ilə razılaşmırıq. Biz NATO-nun üzvü olmadığımız müddətdə bu zəmanətlərin olmasının vacib olduğunu deyirik”, – Zelenski vurğulayıb.
O qeyd edib ki, Rusiyanın bir məqsədi var – bütün dövlətləri Sovet İttifaqına geri qaytarmaq istəyir.