Fransada dörd gecə davam edən etirazlar zamanı polis tərəfindən saxlanılan 2,4 min nəfərin təxminən 30%-i yetkinlik yaşına çatmayanlardır.
Bunu BFMTV-yə Fransanın ədliyyə naziri Erik Düpon-Moretti deyib.
O, xatırladıb ki, 13-14 yaşlı övladları etirazlarda iştirak edən valideynləri 2 il həbs və 30 min avro cərimə gözləyir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, dörd gün ərzində Fransada iğtişaşlarla bağlı 2,4 minə yaxın adam saxlanılıb.
Çərşənbə axşamı səhər polisinin əməkdaşları Nanterdə yolda yoxlama zamanı 17 yaşlı əlcəzairli yeniyetməni güllələyiblər. Fransanın bir sıra şəhərlərində iğtişaşlar bir neçə gündür davam edir. Bəzi şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.