Ötən gecə Rusiya ordusu İran istehsalı “Şahed” kamikadze dronları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib.
Modern.az “RBC Ukraina”ya istinadən xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının başçısı düşmənin bütün hədəflərinin Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.
Administrasiyanın rəhbəri Sergey Popko vurğulayıb ki, bu, son 12 gündə paytaxta ilk hücumdur.
“Hava Hücumundan Müdafiəmizin qüvvə və vasitələri ilə Kiyev ətrafındakı hava məkanında bütün düşmən hədəfləri aşkar edilərək məhv edilib. Əla iş üçün səmamızın mühafizəçilərinə təşəkkür edirik! Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur”, – Popko qeyd edib.