Litvada polislər Vilnüsdə NATO sammitinin keçirildiyi günlərdə əmək haqlarının aşağı olması və iş yükünün çoxluğu ilə bağlı bağlı etiraz aksiyası keçirmək planından imtina etmək niyyətində deyil.
Modern.az LRT radiosuna istinadən xəbər verir ki, bunu bu gün Polis Əməkdaşlarının Həmkarlar İttifaqının sədri Roma Katinene bildirib.
Polis Əməkdaşlarının Həmkarlar İttifaqının sədri deyib ki, polislərin öz fikrini ifadə etməsi üçün uyğun olmayan zaman yoxdur: “Bu, bizim üçün deyil, dövlət üçün ayıbdır ki, polis əməkdaşları təhlükəli işləri üçün aşağı əməkhaqqı alır. Bu, polislərin motivasiyasına da neqativ təsir edir”.
Daxili işlər naziri Aqne Bilotayte isə bundan əvvəl polislərin NATO sammiti günlərində aksiya keçirmək planını dövlətə qarşı şantaj kimi qiymətləndirmişdi.