Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Modern.az“a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 948 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 655 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 10 nəfərdir.
Ölkədə son sutka ərzində 469, hazırkı dövrədək isə 7 644 484 test aparılıb.