“İrandan Rusiyaya “Shahed”lərlə bərabər digər növ PUA-lar da tədarük edilir”

 

“Tehrandan Moskvaya Xəzər dənizi vasitəsilə birbaşa silah tədarük edilir və Qərb buna mane ola bilmir…”

 

Rusiya İrandan təkcə “Shahed”lər deyil, həm də “Mohajer-6” pilotsuz uçuş aparatları əldə edə bilər. Məsələ yalnız İranın gələcəkdə hansı həcmdə silahların tədarük etməyə hazır olmasındadır.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri (USQ) Hava Qüvvələrinin spikeri Yuri İqnat bəyan edib. Məlumatı “unian.net” nəşri yayıb.

 

O, qeyd edib ki, İranın Rusiya ilə əməkdaşlığı davam edir və işğalçı dövlətin ərazisinə təkcə “Shahed”lər deyil, digər növ PUA-ların da çatdırılması istisna edilmir.

 

Rusiyanın daima İrandan zərbə PUA-larının əldə etməsi artıq heç kimdə şübhə doğurmur, o, deyib.

 

Tehrandan Moskvaya hərbi-nəqliyyat təyyarələrinin uçuşları, habelə Xəzər dənizi vasitəsilə dəniz daşınmaları müntəzəm xarakter daşıyır. Bu, problemsiz olaraq İran yüklərini qəbul edən Həştərxan və Mahaçqala limanlarıdır.

 

İqnat qeyd edib ki, məsələ  yalnız gələcəkdə İranın Rusiyaya hansı həcmdə silah tədarük etməsində və ya, mümkündür ki, Rusiyanın öz ərazisində və ya başqa dövlətlərin ərazisində PUA-lar istehsal edə bilməsindədir.

 

“İranın Rusiya ilə əməkdaşlığı davam edir və nəticə etibarilə təkcə “Shahed”lər deyil, mümkümdür ki, digər növ, məsələn, “Mohajer-6” kimi PUA-lar işğalçı dövlətin ərazisinə daşınacaqdır.

 

Rusiya Ukraynaya “Shahed”lərlə hücum edir-bəlli olanlar

 

Bundan öncə Ukrayna Hərbi Qüvvələri məlumat verib ki, bu gecə Rusiyanın Ukraynaya hücum etməyə cəhd etdiyi bütün hərbi hədəflər-8 ədəd “Shahed-136/131” zərbə PUA-ları və 3 ədəd “Kalibr” qanadlı raketlərin hamısı məhv edilib.

 

Hərbi-siyasi icmalçı Aleksandr Kovalenko qeyd edib ki, iyun ayında Rusiyanın “Shahed-136” PUA-larından istifadəsi iki dəfə azalıb. O, vurğulayıb ki, bu, Rusiyanın bu PUA-ları topladığını sübut edə bilər.

 

Qərb KİV-ləri də həmçinin məlumat verib ki, İran Rusiyaya Xəzər dənizi vasitəsilə birbaşa silah tədarük edir və Qərb buna mane ola bilmir. Bu marşrut dronlar, güllələr və minaatan mərmilərin daşınması üçün istifadə edilir.

Mənbə

Share: