“Rusiya rəsmiləri Ukraynaya yeni yaradılmış erməni könüllü batalyonunu yerləşdirir”.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında qeyd olunub.
“Rusiya mənbələri iyulun 2-də Moskvadakı erməni kilsəsində keçirilən yola salınma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun şəkillərini yayıb. Məlumata görə, könüllülərdən ibarət batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiya tərəfindən işğal olunmuş Gürcüstandakı Abxaziya muxtariyyətində yaşayan etnik ermənilərin də olduğunu güman edilir”, – hesabatda bildirilib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.