Qəbulda 600-dən çox bal yığanların sayı

 

2022-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7078 abituriyent 500-dən, o cümlədən 2077 abituriyent 600-dən yuxarı bal toplayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 52.05%-i (1081 nəfəri) I qrupun, 6.84%-i (142 nəfəri) II qrupun, 16.56%-i (344 nəfəri) III qrupun, 24.55%-i (510 nəfəri) IV qrupun abituriyentləridir.

Yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qəbələ, Abşeron və Şəki rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–13-ü imtahanlarda 500-dən yuxarı bal toplayıb.

500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb. 600-dən yuxarı bal toplayan abituriyentlər dövlət ali təhsil müəssisələri arasında ən çox Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

600 baldan yuxarı nəticə göstərən abituriyentlər özəl ali təhsil müəssisələri arasında ən çox Xəzər Universitetini (26 nəfər) seçib. 600 və ondan yuxarı bal toplayıb qəbul olanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 51.89%-i (1057 nəfəri) I qrupun, 6.68%-i (136 nəfəri) II qrupun, 16.89%-i (344 nəfəri) III qrupun, 24.55%-i (500 nəfəri) IV qrupun abituriyentləridir.

Mənbə

Share: