NATO ölkələri iyulun 4-də baş katib Yens Stoltenberqin səlahiyyət müddətinin uzadılması ilə bağlı razılığa gələcəklər.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, qərar yeni namizədlə bağlı konsensusun olmaması fonunda qəbul ediləcək.
Xatırladaq ki, Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Baş katib vəzifəsi dörd il olmaqla iki dəfə uzadıla bilər. Sonuncu uzadılma isə bir il müddətinə, 2023-cü ilin sentyabrın sonuna qədər tətbiq edilib. Stoltenberqin 64 yaşı var və bundan əvvəl Norveçin Baş naziri olub.
Onu da qeyd edək ki, fevral ayında Yens Stoltenberq səlahiyyətlərinin uzadılmasına cəhd etmək niyyətində olmadığını açıqlamışdı.