Çinə getməyin – ABŞ xəbərdarlıq etdi

ABŞ vətəndaşları qeyri-qanuni həbs riski olduğu üçün Çinə səfərlərini yenidən nəzərdən keçirməlidir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yenilənmiş səyahət tövsiyəsində qeyd olunub.

 

“Çin ABŞ vətəndaşlarının ölkə hökuməti tərəfindən qeyri-qanuni şəkildə saxlanılması riski altındadır”, – Dövlət Departamentindən bildirilib.

 

Qeyd edək ki, ABŞ-Çin münasibətləri cari ilin fevralında ABŞ-ın öz ərazisi üzərində Çin şarını vurmasından sonra pisləşib. İki ölkə arasında münasibətlərin daha da soyuması ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə ABŞ-da keçirilən görüşdən sonra baş verib.

Mənbə

Share: