Nazirin zəlzələ paylaşımı birmənalı qarşılanmadı

Elm və təhsil naziri Emin Əmrullayev Bakıda baş vermiş zəlzələ ilə bağlı diqqətçəkən paylaşım edib. 

 

Modern.az xəbər verir ki, nazirin sosial şəbəkə hesabında yazdığı status izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları onu tənqid edib.

 

“”Neftçi” İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu…

 

Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm”, – sözügedən paylaşımda deyilir.

 

Mənbə

Share: