UEFA “Roma” klubunu cərimələyib

UEFA İtaliyanın “Roma” klubunu 5 milyon avro məbləğində cərimələyib.

 

Modern.az xarici idman saytlarına istinadən xəbər verir ki, buna paytaxt təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.

 

Klub iyunun 30-dək 28 milyon avrodan çox kapital qazana bilmədiyi üçün cəza ilə üzləşib.

 

Bildirilib ki, “canavarlar” daha ciddi sanksiyalarla – avrokuboklardan kənarlaşdırma və 50 milyon avroyadək cərimə ilə də hədələnib.

 

Qeyd edək ki, “Roma” başa çatan mövsümdə UEFA Avropa Liqasının finalında İspaniyanın “Sevilya” komandasına 1:2 hesabı ilə uduzub.

Mənbə

Share: