Dərman vasitələrinin qiymətinin nizamlanması bütün dünyada eyni formada aparılır. Qiymətlərin tənzimlənməsi sui-istifadə hallarının qarşısını almasına xidmət edir. Qiymət dərman vasitələrinin həmin ölkələrdə daxili istehsalın olub-olmamasına bağlıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında iştirak edən səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
“Məsələn, ölkəmiz təbii qaz ixracı ilə məşğuldur. Fikir verin, bizim özümüzə həmin təbii qaz hansı qiymətə verilir və ixrac etdiyimiz ölkələrdə həmin tqaz əhaliyə hansı qiymətə verilir? Biz həmişə dərman vasitələrinin qiymətinin baha olması ilə bağlı şikayət edirik və Türkiyə ilə qiymətləri müqayisə edirik. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox? Ona görə də, bu kimi faktları nəzərə almalıyıq”,- deyə o bildirib.