Türkiyə XİN başçısından mühüm AÇIQLAMALAR

“Stokholmda Qurani-Kərimə qarşı edilən alçaq hücumu və xəbərdarlıqlarımıza baxmayaraq, bu hücuma göz yumulmasını qətiyyətlə pisləyirik”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin XİN başçısı Hakan Fidan deyib.

 

İsrail-Fələstin münaqişəsi ilə bağlı o qeyd edib ki, bölgədə sülhün bərqərar olması üçün səylər davam etdiriləcək. 

 

“Türkiyə və Misir öz bölgələrində iki güclü qardaş ölkədir. Tarixi, coğrafi, mədəni və inanc bağlarına görə bir-birindən ayrı olması doğru deyil. Bu gün verdiyimiz ortaq qərarla qarşılıqlı səfir təyinatı gerçəkləşdirdik. İndi normallaşmanın mühüm mərhələsini geridə qoyuruq. Siyasi və iqtisadi sahədə əlaqələrimiz böyük sürətlə davam edəcək. İsveçin münasibəti NATO-ya problemlər gətirən münasibətdir. “İsveçin NATO-ya üzvlüyü yükdür, yoxsa fayda” məsələsi indi daha çox müzakirələrə açıqdır. Terror təşkilatları küçələrdə hər cür aksiyalar edə, pul yığa, münaqişə zonalarında insan alveri edə bilər. İsveç ev tapşırığını edirsə, başqa alternativlər də var. Bununla belə, müqəddəs dəyərləri təhqir etməyə imkan verən atmosfer və İsveçin təhlükəsizliklə bağlı təxribatların qarşısını ala bilməməsi bizi daha çox düşündürür”, – o bildirib.

Mənbə

Share: