“Qəbələ”dən ayrılan futbolçu İsrail klubu ilə müqavilə bağlayıb

“Qəbələ”dən ayrılan futbolçu İsrail klubu ilə müqavilə bağlayıb

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan Felipe Santos İsrailin “Makkabi” (Hayfa) komandasına keçib.

Tibbi müayinədən uğurla keçən braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Felipe Santos ötən ilin yayından “Qəbələ”nin formasını geyinirdi.

Mənbə

Share: