“Bakıya dəvət edilən ölkələr müstəmləkə siyasətindən əziyyət çəkirlər”

“Bakıya dəvət edilən ölkələr müstəmləkə siyasətindən əziyyət çəkirlər”

“Bəzi ölkələr Qoşulmama Hərəkatında müşahidəçi qismində təmsil olunmasına görə burada təkliflər səsləndiriblər”.

 

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Bakıya dəvət edilən ölkələr müstəmləkə siyasətindən əziyyət çəkirlər: “Həmin ölkələr öz problemlərini dilə gətirdilər. Hər bir ölkənin hüququdur ki, bu sıxıntıları müzakirə etsin. Azərbaycandan təklif səsləndirilib ki, bəzi ölkələr müşahidəçi qismində Qoşulmama Hərəkatında olsun. Bu, mürəkkəb məsələdir. Ancaq gündəmdə var”.

 

Mənbə

Share: