İsrail məhkəməsi İordan çayının qərb sahilində əlil fələstinlini öldürən polisə bəraət verdi…

İsrail məhkəməsi İordan çayının qərb sahilində əlil fələstinlini öldürən polisə bəraət verdi…

Cümə axşamı, iyulun 7-də İsrail məhkəməsi 2020-ci ilin mayında Qüdsdə autizmli bir fələstinlini güllələyərək öldürən polis məmuruna bəraət qazandırıb. 

 

Moderator.az xəbər verir ki, bu haqda  “Arab News” məlumat yayıb. 

Müttəhim polis iddia edib ki, o, 32 yaşlı İyad Halakı silahlı terrorçu ilə səhv salıb və özünü qorumaq üçün atəş açıb.

 

Mərhumun yaxınlarının sözlərinə görə, onun intellektual inkişaf səviyyəsi 8 yaşlı uşağın səviyyəsinə bərabər olub. Şahidlər bildirib ki, polis ona qışqırmağa başlayanda İyad təşvişə düşüb. Polis sərhəd-keçid məntəqəsinə çox yaxınlaşan əlil şəxsi söyməyə başlayıb,  isə, qorxaraq qaçmağa başlayıb. Lakin polis onu təqib edərək ayaqlarına atəş açıb. Güllələrdən biri qaçanın ayağına dəydikdə o, dayanıb və tanıdığı qadına tərəf baxıb. Qadın yaralının yanına qaçsa da, polis onun gözləri qarşısında əlil gəncin sinəsindən atəş açıb. Mərhumun anası hökmü eşidən kimi deyib: “Oğlum indi məzardadır, onun qatili isə dincəlir, əylənir. Bu, tamamilə ədalətsizlikdir”. 

 

Mahmud Abbas əlilin öldürülməsini müharibə cinayəti və qırğın, Benyamin Netanyahu isə faciə adlandırıb. İyadın ölümündən sonra ABŞ-da polis zorakılığına və irqçiliyə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

 

Xatırladaq ki, son günlər İsrail qüvvələrinin təxminən iyirmi il ərzində İordan çayının qərb sahilində apardıqları ən intensiv hərbi əməliyyat zamanı 12 fələstinli, 1 İsrail əsgəri öldürülüb. Hücum İsrailin son qətllərdə günahlandırdığı fələstinli yaraqlıları sıxışdırmaq məqsədi daşıyıb. İsrail əsgərləri hava zərbələri endirib, dar küçə və xiyabanları buldozerlərlə dağıdıb, bəzi evləri yerlə-yeksan edib.

 

Sultan Laçın

 

Mənbə

Share: