Salyanda ağır qəza – Bir ailənin 5 üzvü yaralandı

Salyanda ağır qəza – Bir ailənin 5 üzvü yaralandı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Quliyev Rauf İbrahim oğlu, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Quliyeva Minurə Mehman qızı, onların övladları, 2014-cü il təvəllüdlü Quliyeva Mələk, 2017-ci il təvəllüdlü Q.Z və 2018-ci il təvəllüdlü Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: