Məşhur məşqçi istefaya göndərildi

Çinin U-22 millisinin baş məşqçisi  Qus Hiddink istefaya göndərilib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Çin Futbol Federasiyasının rəhbərliyi məşhur mütəxəssisin mətbuatla danışıq üslubunu bəyənmədiyi və millinin nəticələrindən narazı olduğu üçün bu addımı atıb. Xüsusilə, komandanın Vyetnama məğlubiyyəti istefa qərarında mühüm rol oynayıb. Onu Çinin qadın millisinin sabiq baş məşqçisi Xao Veyin əvəzləyəcəyi bildirilib.

Qeyd edək ki, hollandiya çalışdırıcı ötən ilin sentyabrında yığmaya baş məşqçi təyin olunmuşdu.

Share: