Tayvanın Hençun şəhəri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
Modern.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri təxminən 31 200 insanın yaşadığı şəhərdən 77 kilometr şərqdə yerləşib.
Qeyd edək ki, zəlzələ ocağı yerin altı kilometr dərinliyində olub.