Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 90:00) Daşkənddəki 59-cu seçki məntəqəsində səs verib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mirziyoyevi həyat yoldaşı, övladları və nəvələri müşayiət edib.
Prezidentliyə namizəd səs verdikdən sonra seçki məntəqəsinə gələn yerli sakinlərlə danışıb.
Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.