Mariya Azərbaycana təşəkkür etdi

Ötən gün Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik qələbə münasibəti ilə onu təbrik edənlərə təşəkkür edib.

Milletinsesi.az xəbər verir ki, M. Stadnik Feysbuk hesabında “Təbriklərə görə Azərbaycan xalqına və bütün dostlarıma təşəkkür edirəm. Hər şey üçün çox sağ ol, Allah. Bütün uğurlarımı Allaha borcluyam. Bizi Tokio gözləyir”.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən qadın güləşçi Mariya Stadnik qələbə qazanaraq, karyerasında ikinci dəfə dünya çempionu olub.

 

Share: